Haqqimizda
Bizimlə Əlaqə
CANLI DƏSTƏK
Sizə necə kömək edə bilərik?

Həftə içi 08:45-18:00, həftə sonu isə 08:45-15:00 arası əlaqə saxlaya bilərsiniz.

Haqqımızda

About Us

Haqqımızda

İstənilən avtomobil üçün istənilən hissə

Şirkətimiz bütün ehtiyat hissəsi ehtiyaclarınız və layihələrinizdə sizə kömək etmək üçün tam çeşidli məhsullara və ixtisaslı kadrlara malikdir.

Rahat seçim

Javiddo.com ehtiyat hissələri seçmək üçün sizə rahat interfeys təklif edir. Lazımi hissəni yalnız istehsalçının nömrəsi ilə deyil, həmçinin istehsalçının daxili kodu və avtomobil markası ilə də tapa bilərsiniz.

Məhsul dəstəyi

Aldığınız hər bi hissə üçün sizə həm logistika, həm marketinq, həm də alışdan sonrakı etapda köməklik göstərə bilərik.

Orijinal və sertifikatlı

Bütün məhsullarımız OEM koduna və beynəlxalq ISO 9001, IATF 16949 və EAC sertifikatlarına sahibdir.

Biz kimik?

JAVIDDO GROUP bütün nəqliyyat vasitələrinin ehtiyat hissələrinin istehsalını və onların korporativ satışını gerçəkləşdirir. İstehsal sahəmizə minik avtomobilləri, kənd təsərrüfatı texnikaları, yük maşınları, xüsusi texnikalar, motosikletlər və su nəqliyyat vasitələri ehtiyat hissələri daxildir. 

Sifarişlərinizin dünyanın istənilən nöqtəsinə təhlükəsiz və sürətli şəkildə çatdırılması üçün optimal variantlar təklif edilir.

Ehtiyat hissələri üstün keyfiyyətlə “HELLPER” markası adı altında istehsal olunur.

Peşəkar komandası, böyük istehsal gücünə malik zavodları, innovativ texnologiyası JAVIDDO GROUP-u bu sənayenin ən etibarlı istehsalçılarından birinə çevirib. Müştəri məmnuniyyətini əsas götürərək məhsul çeşidlərini daim inkişaf etdirir.

 

Vizyonumuz

Hədəflədiyimiz müddətdə proqressivlik və miqyas olaraq lider markalar arasına daxil olmaq.


Missiyamız

  • Müştəri məmnuniyyətinin istehsal standartı kimi qəbul edilməsi.
  • Məhsullarımızı müştərilərin gözləntilərinə cavab verəcək qiymət və keyfiyyətlə istehsal etmək
  • Yenilikləri daim izləmək və tətbiq etmək.
  • Peşəkar komandamızın hər bir müştəriyə fərdi yanaşmasını təmin etmək.
  • Bazar tələblərini düzgün təhlil etmək və bazar payını artırmaq
  • Satış sonrası dərhal məhsul dəstəyi göstərmək.
  • OEM standartlarına uyğun istehsal etmək.